Geri

29 iyul 2022-ci il saat 21:00-dək:

Bakı şəhərinin Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsinin pilləkən qəfəsində 8 ədəd elektrik sayğacı və 5 p.m elektrik kabeli yanıb. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

29 iyul 2022-ci il saat 19:15-dək:

Qobustan şəhərində “Hyundai” markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub. Ətraf ərazilər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Bakı şəhərinin Səbail rayonunda üçmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 80 m² olan mənzilin mətbəxində 1 m² sahədə mebel və 1 ədəd soyuducu yanıb. Yüksək temperaturdan lambirdən ibarət tavan 2 m² sahədə əriyib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

29 iyul 2022-ci il saat 17:45-dək:

Qəbələ rayonu, Vəndam qəsəbəsində ümumi sahəsi 34 m² olan birmərtəbəli aynabənndən ibarət evin, bitişik, ümumi sahəsi 38 m² olan talvar və hamam otağının yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Cəlilabad rayonu, Məşədilər kəndində ümumi sahəsi 56 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 35 m² sahədə yanıb. Tövlənin qalan hissəsi və bitişik talvar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

29 iyul 2022-ci il saat 17:00-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonunda qaldırıcı qurğu (bucurqad) vasitəsi ilə çoxmərtəbəli yaşayış binasının fasadında təmir işləri aparan 1 nəfərin  köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, trosun qırılması səbəbindən qaldırıcının səbətində olan vətəndaşın həyatı üçün ciddi təhlükə yaranıb. Mürəkkəb və riskli şəraitdə aparılan xilasetmə əməliyyatı nəticəsində vətəndaş xilas olunub.

 

Geri

29 iyul 2022-ci il saat 16:00-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər azyaşlı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən giriş qapısının açılması və nəzarətsiz qalmış uşağın xilas olunması təmin edilib.

Geri

29 iyul 2022-ci il saat 14:15-dək, ilkin məlumata əsasən:

Ağdaş rayonunun Aşağı Ləki kəndində ümumi sahəsi 70 m² olan talvarın yanar konstruksiyaları və altına yığılan 11 ton ot bağlamasının 5 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

29 iyul 2022-ci il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonu üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 1 müraciət daxil olub. Dərhal çağırış ünvanına cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 1 nəfərin liftdən çıxarılması təmin edilib.
Geri

29 iyul 2022-ci il saat 07:30-dək:

Şəmkir rayonunun Çinarlı qəsəbəsində ümumi sahəsi 300 m² olan kürsülü, birmərtəbəli 5 otaqlı evin 2 otağının yanar konstruksiyaları və ev əşyaları 120 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Qobustan rayonunda (Bakı-Şamaxı avtomobil yolunun 108-ci kilometrliyi) "Chevrolet" markalı minik avtomobilinin mühərrik hissəsi və salonu yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

29 iyul 2022-ci il saat 01:30-dək:

Qobustan rayonunda (Bakı-Şamaxı avtomobil yolunun 108-ci kilometrliyi) "Chevrolet" markalı minik avtomobilinin mühərrik hissəsi və salonu yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.