Geri

30 iyun 2022-ci il saat 12:30-dək:

Quba rayonunun Ağbil kəndində ümumi sahəsi 32 m² olan tövlənin yanar konstruksiyaları, çardağına yığılan 7,5 ton ot bağlamasının 2,5 tonu və tövlənin yaxınlığına yığılan 4 ton ot bağlamasının 2 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

30 iyun 2022-ci il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi və Nərimanov rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 3 müraciət daxil olub. Dərhal çağırış ünvanlarına cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 2-si azyaşlı olmaqla 5 nəfərin liftdən çıxarılması təmin edilib.