Geri

29 iyun 2022-ci il saat 15:45-dək:

Qazax rayonunun Quşçu Ayrım kəndində ümumi sahəsi 100 m² olan kürsülü, birmərtəbəli evin yanar konstruksiyaları 30 m² sahədə və dam örtüyü 50 m² sahədə yanıb, yüksək temperaturdan tavanı 20 m² sahədə qarsalanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Geri

29 iyun 2022-ci il saat 15:00-dək:

Bakı şəhəri, Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasının xarici divarına bərkidilən reklam lövhəsi 3 m² sahədə yanıb. Birinci mərtəbədə olan mağaza və bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

29 iyun 2022-ci il saat 14:30-dək:

Bakı şəhərinin Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 15-ci mərtəbəsində ümumi sahəsi 120 m² olan mənzilin mətbəxində 1 ədəd elektrik sobası, 1 ədəd paltaryuyan maşın, 1 ədəd qaz sobası və mebel 1 p.m yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstü dolmuş mənzillərdən 10 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Kürdəmir rayonunun Çöhranlı kəndində ümumi sahəsi 80 m² olan tövlənin yanar konstruksiyaları 55 m² sahədə və damına yığılan 2 ton ot bağlamasının 1 tonu yanıb. Tövlənin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

29 iyun 2022-ci il saat 13:00-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Kürdəmir şəhərində 1 nəfər azyaşlı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən giriş qapısının açılması və nəzarətsiz qalmış uşağın xilas olunması təmin edilib.

Geri

29 iyun 2022-ci il saat 12:45-dək:

Ucar rayonunun Quləbənd kəndində həyətyanı sahəyə yığılan 6,6 ton ot bağlamasının 3 tonu və yaxınlıqda qismən 6 ədəd ağac yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

29 iyun 2022-ci il saat 12:15-dək:

Füzuli rayonunun Horadiz kəndində 1 ha biçilməmiş və 25 ha biçilmiş taxıl sahələri yanıb. Yaxınlıqdakı biçilməmiş taxıl sahələri yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

29 iyun 2022-ci il saat 12:00-dək:

Quba rayonunun Qənidərə kəndində həyətyanı sahəyə yığılan 14 ton ot bağlamasının 7 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Geri

29 iyun 2022-ci il saat 09:00-dək:

Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində ümumi sahəsi 120 m² olan birmərtəbəli kürsülü evin (tikintisi başa çatmayıb, iki otağında yaşayış olub) dəhlizinin yanar konstruksiyaları və dam örtüyünün taxta atmaları 20 m² sahədə, mətbəxinin tavanı 8 m² sahədə yanıb. Yanğın bölmələri hadisə yerinə çatana kimi 7 nəfər (onlardan 4-ü uşaqdır) xəstəxanaya aparılıb. Uşaqlardan ikisi xəstəxanada vəfat edib.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Geri

29 iyun 2022-ci il saat 05:00-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Qaradağ rayonunda “Shacman” və "МАЗ" markalı iki yük avtomobilinin toqquşması və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan sürücünü deformasiyaya uğrayan " Shacman" markalı yük avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Geri

29 iyun 2022-ci il saat 03:00-dək:

Bakı şəhərinin Xətai rayonunda “ВАЗ” markalı minik avtomobilinin salonu, mühərrik hissəsi və yaxınlıqdakı evin hasarına quraşdırılan 1 ədəd elektrik sayğacı yanıb. Avtomobilin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Qəbələ rayonunun Siləyli kəndində "ГАЗ" markalı yük avtomobilinin yanar hissələri və banına yığılan 1,2 ton ot bağlaması yanıb. Yaxınlıqdakı ağaclar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Cəlilabad rayonunun Tahirli kəndində ümumi sahəsi 84 m² olan talvarın yanar konstruksiyaları 60 m² sahədə və altına yığılan 7 ton ot bağlamasının 5 tonu yanıb. Talvarın və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

29 iyun 2022-ci il saat 02:00-dək:

Beyləqan rayonunun Təzəkənd kəndində ümumi sahəsi 10 m² olan tövlənin dam örtüyünün taxta atmaları və ətrafında qamışdan ibarət çəpər 50 p.m yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

29 iyun 2022-ci il saat 00:40-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu ərazisində "Qış parkı"nın yaxınlığında yanğın olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı yanğının tikinti aparılan ərazidə baş verdiyi müəyyən olunub. İlkin məlumata əsasən, təqribən 100 m² sahədə tikinti materialları yanıb.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.