Qəbələ rayonunun Mollaşıxalı kəndində ümumi sahəsi 290 m² olan tövlənin yanar konstruksiyaları və damına yığılan 18 ton ot bağlaması yanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Yanğınsöndürənlər tərəfindən tövlənin içərisində olan 22 baş iribuynuzlu heyvan təhlükəsiz əraziyə köçürülüb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;
Siyəzən şəhərində ümumi sahəsi 120 m² olan birmərtəbəli ərzaq mağazasının dam örtüyü 4 m² sahədə, içərisində 2 ədəd soyuducu və 1 ədəd kondisioner yanıb. Yüksək temperaturdan mağazanın lambirdən ibarət tavanı 50 m² sahədə əriyib. Mağazanın qalan hissəsi və içərisindəki mallar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;
Qax rayonunun Güllük kəndində ümumi sahəsi 80 m² olan talvarın taxta atmaları 20 m² sahədə, altında 15 m² sahəyə yığılan taxta yonqarı və qismən 2 ədəd dəzgah yanıb. Talvarın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Qusar rayonunun Köhnə Xudat kəndi ərazisində, süni göldə 2002-ci il təvəllüdlü Səlimov Amid Mübariz oğlunun batması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən A.Səlimovun meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Bakı şəhərinin Yasamal rayonunda "Zontes" markalı motosikletin yanar hissələri yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;
Bərdə rayonunun Samuxlu kəndində ümumi sahəsi 665 m² olan birmərtəbəli kənd orta məktəb binasının 1 otağına yığılan istifadəyə yararsız avadanlıqlar 28 m² sahədə yanıb. Bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.