Bakı şəhərinin Yasamal rayonunda "Zontes" markalı motosikletin yanar hissələri yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;
Bərdə rayonunun Samuxlu kəndində ümumi sahəsi 665 m² olan birmərtəbəli kənd orta məktəb binasının 1 otağına yığılan istifadəyə yararsız avadanlıqlar 28 m² sahədə yanıb. Bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.