Geri
16 iyun 2022-ci il saat 05:30-dək:
Ağstafa şəhərində ümumi sahəsi 12 m² olan talvarın yanar konstruksiyaları 1 m² sahədə və altında dayanan "ВАЗ" markalı minik avtomobilinin yanar hissələri yanıb. Talvarın qalan hissəsi və bitişik ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Geri
16 iyun 2022-ci il saat 00:00-dək:
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfərin barmağında dəmir halqa sıxılaraq qalıb. Çağırış ünvanına cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri həkim nəzarəti altında halqanın müvafiq qaydada çıxarılmasını təmin ediblər.