Geri

15 iyun 2022-ci il saat 15:00-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Gəncə şəhərində 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan FHN-nin Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri tərəfindən vətəndaşa müvafiq köməklik göstərilib.


Geri

15 iyun 2022-ci il saat 14:15-dək:

Bakı şəhərinin Qaradağ rayonunda beşmərtəbəli yaşayış binasının beşinci mərtəbəsində ümumi sahəsi 75 m² olan mənzilin yanar konstruksiyaları 13 m² sahədə yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

15 iyun 2022-ci il saat 13:30-dək:

Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 270 m² olan bir dam altında tikilən birmərtəbəli müxtəlif təyinatlı obyektin (kafe və avtomobil təmiri sexi) dam örtüyünün yanar konstruksiyaları 80 m² sahədə yanıb. Obyektin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

15 iyun 2022-ci il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nizami və Suraxanı rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 2 müraciət daxil olub. Dərhal çağırış ünvanlarına cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 4 nəfərin liftdən çıxarılması təmin edilib.

Geri

15 iyun 2022-ci il saat 03:00-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Xəzər rayonunda "Kia" markalı minik avtomobilinin beton maneəyə çırpılması və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Hadisə yerinə FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Həyata keçirilən tədbirlər nəticəsində sıxılı vəziyyətdə qalan sürücü, 1977-ci il təvəllüdlü Məmiyev Yaqub Heybət oğlunun meyiti deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.