Geri

09 may 2022-ci il saat 13:15-dək:

Sumqayıt şəhərində "Mercedes" markalı minik avtomobilinin 1 ədəd oturacağı və 1 ədəd ədəd arxa təkəri, qismən yük yeri yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Geri

09 may 2022-ci il saat 08:00-dək:

Samux rayonunun Bağbanlar kəndində ümumi sahəsi 130 m² olan kürsülü, birmərtəbəli 4 otaqlı evin bir otağında döşəmə 1 m² sahədə və 1 ədəd pəncərə çərçivəsi yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

09 may 2022-ci il saat 06:00-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Salyan rayonunun Xıdırlı kəndində 1 nəfər mobil rabitə operatorun qülləsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. FHN-nin Muğan Regional Mərkəzinin xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.