Geri

06 may 2022-ci il saat 19:00-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasının damında dəmir parçasının yerindən qoparaq asılı vəziyyətdə qalması barədə məlumat daxil olub. Sakinlərin və ərazidən keçən vətəndaşların təhlükəsizliyinin təmin olunması məqsədilə FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri qeyd olunan ünvana cəlb olunub. Xilasedicilər dəmir parçasını müvafiq qaydada götürərək təhlükəni aradan qaldırıblar.

Geri

06 may 2022-ci il saat 15:30-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Abşeron rayonunun Xırdalan şəhərində 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən vətəndaşa köməklik göstərilib.

Geri

06 may 2022-ci il saat 10:45-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1986-cı il təvəllüdlü Əliyev Şamil Azad oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Geri

06 may 2022-ci il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Səbail rayonu üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 1 müraciət daxil olub. Dərhal çağırış ünvanına cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 1 nəfərin liftdən çıxarılması təmin edilib.


Geri

06 may 2022-ci il saat 08:00-dək:

Abşeron rayonunun Xırdalan şəhərində altımərtəbəli yaşayış binasının birinci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan elektrik lövhəsində 16 ədəd sayğac yanıb. Digər elektrik sayğacları yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Bakı şəhərinin Qaradağ rayonunda “Mitsubishi” markalı minik avtomobilinin idarəetmə löhvəsi, mühərrik hissəsi və ön təkərləri yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 70 m² olan birmərtəbəli evin mətbəxində 3 m² sahədə ev əşyaları və 1 ədəd kondisioner yanıb, yüksək temperaturdan 1 ədəd paltaryuyan maşın qarsalanıb. Ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.