Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Abşeron rayonunun Xırdalan şəhərində 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən vətəndaşa köməklik göstərilib.
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1986-cı il təvəllüdlü Əliyev Şamil Azad oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.
Abşeron rayonunun Xırdalan şəhərində altımərtəbəli yaşayış binasının birinci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan elektrik lövhəsində 16 ədəd sayğac yanıb. Digər elektrik sayğacları yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;
Bakı şəhərinin Qaradağ rayonunda “Mitsubishi” markalı minik avtomobilinin idarəetmə löhvəsi, mühərrik hissəsi və ön təkərləri yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;
Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 70 m² olan birmərtəbəli evin mətbəxində 3 m² sahədə ev əşyaları və 1 ədəd kondisioner yanıb, yüksək temperaturdan 1 ədəd paltaryuyan maşın qarsalanıb. Ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.