Bakı şəhərinin Səbail rayonunda taxta konstruksiyalardan ibarət ikimərtəbəli yaşayış binasının birinci mərtəbəsində ümumi sahəsi 38 m² olan mənzilin yanar konstruksiyaları və qonşu mənzillərdə arakəsmə divar ümumilikdə 20 m² sahədə yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı 1969-cu il təvəllüdlü Xalıkova Alla Viktorovnanın yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Mənzillərin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Füzuli rayonunun Bala Bəhmənli kəndində ümumi sahəsi 50 m² olan qamışdan ibarət köməkçi tikili yanıb. Yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Göyçay rayonunun Ləkçılpaq kəndində ümumi sahəsi 250 m² olan ikimərtəbəli evin (1-ci mərtəbəsi tövlə kimi istifadə olunur) yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bakı şəhəri, Səbail rayonu, Ö.Nemətzadə küçəsində yaşayış binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Əlavə məlumat veriləcək.
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, Ö.Nemətzadə küçəsi ünvanında yerləşən yaşayış binasında yanğın olması barədə məlumat daxil olub. Məlumat qəbul ediləndən dərhal sonra FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğın baş verdiyi ünvana cəlb olunub.
Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Əlavə məlumat veriləcək.