Geri

05 may 2022-ci il saat 08:00-dək:

Füzuli rayonunun Bala Bəhmənli kəndində ümumi sahəsi 50 m² olan qamışdan ibarət köməkçi tikili yanıb. Yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Göyçay rayonunun Ləkçılpaq kəndində ümumi sahəsi 250 m² olan ikimərtəbəli evin (1-ci mərtəbəsi tövlə kimi istifadə olunur) yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

05 may 2022-ci il saat 02:45-dək, ilkin məlumata əsasən:

Bakı şəhəri, Səbail rayonu, Ö.Nemətzadə küçəsində yaşayış binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Əlavə məlumat veriləcək.

Geri

05 may 2022-ci il saat 00:40-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, Ö.Nemətzadə küçəsi ünvanında yerləşən yaşayış binasında yanğın olması barədə məlumat daxil olub. Məlumat qəbul ediləndən dərhal sonra FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğın baş verdiyi ünvana cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.