Geri

31 may 2022-ci il saat 21:00-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1953-cü il təvəllüdlü Kazımzadə Canetta Əliağa qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.

Geri

31 may 2022-ci il saat 20:00-dək:

Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 2360 m² olan taxta emalı sexində sahəsi 440 m² olan boksun içərisində avadanlıqlar (presləmə, yonqar yığan, cilalama) 40 m² sahədə və elektrik kabeli 20 p.m yanıb. Sex yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

31 may 2022-ci il saat 14:45-dək:

Beyləqan rayonunun Xaçınabad kəndində ümumi sahəsi 24 m² olan taxta konstruksiyadan ibarət köməkçi tikilinin divarı və tavanı 15 m² sahədə yanıb, qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

31 may 2022-ci il saat 14:15-dək:

Quba rayonunun Birinci Nügədi kəndində "ВАЗ" markalı minik avtomobilinin yanar hissələri yanıb. Yol kənarındakı digər avtomobillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

31 may 2022-ci il saat 11:45-dək:

Samux rayonunun Tatlı kəndində ümumi sahəsi 70 m² olan kürsülü, birmərtəbəli evin mətbəxinin tavanı 4 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Sumqayıt şəhərində ümumi sahəsi 40 m² olan birmərtəbəli evdə yanğınla nəticələnən partlayış hadisəsi baş verib. Nəticədə evin içərisində olan əşyalar (divan, kreslo, beşik, kondisioner və su qızdırıcısı) yanıb. Partlayışın zərbə dalğasının təsirindən evin pəncərə çərçivələri yerindən çıxıb və tavanında çatlar yaranıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Geri

31 may 2022-ci il saat 08:00-dək:

Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 25 m² olan qarajın içərisində 2 m² sahədə kağız tullantıları və plastik qablar yanıb. Yüksək temperaturdan 1 ədəd "Mondial" markalı motosiklet qarsalanıb. Qaraj və içərisindəki digər 3 ədəd motosiklet yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.