Geri

31 may 2022-ci il saat 11:45-dək:

Samux rayonunun Tatlı kəndində ümumi sahəsi 70 m² olan kürsülü, birmərtəbəli evin mətbəxinin tavanı 4 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Sumqayıt şəhərində ümumi sahəsi 40 m² olan birmərtəbəli evdə yanğınla nəticələnən partlayış hadisəsi baş verib. Nəticədə evin içərisində olan əşyalar (divan, kreslo, beşik, kondisioner və su qızdırıcısı) yanıb. Partlayışın zərbə dalğasının təsirindən evin pəncərə çərçivələri yerindən çıxıb və tavanında çatlar yaranıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Geri

31 may 2022-ci il saat 08:00-dək:

Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 25 m² olan qarajın içərisində 2 m² sahədə kağız tullantıları və plastik qablar yanıb. Yüksək temperaturdan 1 ədəd "Mondial" markalı motosiklet qarsalanıb. Qaraj və içərisindəki digər 3 ədəd motosiklet yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.