Geri

30 may 2022-ci il saat 16:30-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nizami rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1949-cu il təvəllüdlü Surkova Taisa Savelovnanın meyitini aidiyyəti üzrə təhvil veriblər.



Geri

30 may 2022-ci il saat 13:45-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1931-ci il təvəllüdlü Əliyev Yusif Məmməd oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.


Geri

30 may 2022-ci il saat 13:15-dək:

Zərdab şəhərində “Aqro Texniki Servis” ASC-nin ərazisində tutumu 80 ton olan çənin (kəsilməkdə olan) içərisində neft qalıqları yanıb. Yaxınlıqdakı çənlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

30 may 2022-ci il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonu üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 1 müraciət daxil olub. Dərhal çağırış ünvanına cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 2 nəfərin liftdən çıxarılması təmin edilib.



Geri

30 may 2022-ci il saat 07:45-dək:

Bakı şəhərinin Suraxanı rayonunda ümumi sahəsi 800 m² olan birmərtəbəli, mansarda tipli obyektin (hər birinin sahəsi 400 m², 1-ci mərtəbəsi market, mansardası çayxana) mansardasında lambirindən ibarət tavan 225 m² sahədə və taxta konstruksiyadan ibarət vitrin 5 m² sahədə yanıb. Obyektin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

30 may 2022-ci il saat 02:30-dək:

Bakı şəhərinin Qaradağ rayonunda “Renault” markalı yük avtomobilinin kabinəsi və ön təkərləri yanıb. Avtomobilin qalan hissəsi və yük yerinə yığılan 20 ton un yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Bakı şəhərinin Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasının qarşısında 1 ədəd ağac qismən yanıb, yüksək temperaturdan binanın 4-cü mərtəbəsində ümumi sahəsi 73 m² olan mənzilin eyvanında 1 ədəd plastikdən ibarət pəncərə çərçivəsi qismən əriyib. Mənzil və ağacın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.