Geri

03 may 2022-ci il saat 16:45-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Xətai rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən vətəndaşa köməklik göstərilib;

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nizami rayonunda 1 nəfər azyaşlı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən giriş qapısının açılması və nəzarətsiz qalmış uşağın xilas olunması təmin edilib.

 

Geri

03 may 2022-ci il saat 13:45-dək:

Bakı şəhərinin Səbail rayonunda ümumi sahəsi 100 m² olan bir dam altında tikilən 2 ailənin yaşadığı birmərtəbəli evlərdən, sahəsi 50 m² olan evin yanar konstruksiyaları və dam örtüyü 20 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

03 may 2022-ci il saat 12:00-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Abşeron rayonu, Xırdalan şəhərində 2 nəfər azyaşlı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri azyaşlıları xilas edib və aidiyyəti üzrə təhvil veriblər.

Geri

03 may 2022-ci il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Sabunçu, Binəqədi və Yasamal rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 3 müraciət daxil olub. Dərhal çağırış ünvanlarına cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 3 nəfərin liftdən çıxarılması təmin edilib.


Geri

03 may 2022-ci il saat 08:00-dək:

Şəmkir rayonunun Qaracəmirli kəndində ümumi sahəsi 60 m² olan birmərtəbəli 2 otaqlı köməkçi tikilinin 1 otağının dam örtüyü və tavanının yanar konstruksiyaları 20 m² sahədə, qismən içərisindəki ev əşyaları yanıb. Köməkçi tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Xaçmaz rayonunun Ukuroba kəndində, ferma ərazisində 27 ton ot bağlamasının 20 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

03 may 2022-ci il saat 07:45-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Şəki şəhərinin İnçə kəndində “BMW” markalı minik avtomobilinin körpüdən aşaraq çaya düşməsi və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Geri

03 may 2022-ci il saat 00:15-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Xətai rayonunda 1 nəfər azyaşlı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən giriş qapısının açılması və nəzarətsiz qalmış uşağın xilas olunması təmin edilib.