Geri

26 may 2022-ci il saat 19:30-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Xətai rayonunda 2 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən vətəndaşlara köməklik göstərilib.

Geri

26 may 2022-ci il saat 18:00-dək:

Sabirabad rayonunun Surra kəndində ümumi sahəsi 130 m² olan birmərtəbəli evin (tavanı qamış örtükdən ibarət) yanar konstruksiyaları və qismən içərisində olan ev əşyaları, bitişik ümumi sahəsi 24 m² olan talvarın lambirindən ibarət tavanı 3 m² sahədə yanıb. Talvarın qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

26 may 2022-ci il saat 13:15-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin  Nərimanov rayonu ərazisində sexdə yanğın olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Geri

26 may 2022-ci il saat 11:30-dək:

Göyçay rayonunun Qaraman kəndində ümumi sahəsi 196 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

26 may 2022-ci il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nəsimi və Nərimanov rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 2 müraciət daxil olub. Dərhal çağırış ünvanlarına cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 4 nəfərin liftdən çıxarılması təmin edilib.

Geri

26 may 2022-ci il saat 07:00-dək:

Gəncə şəhərində beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 70 m² olan 3 otaqlı mənzildə yanğınla nəticələnən partlayış hadisəsi baş verib. Nəticədə mənzilin 1 otağının və mətbəxinin yanar konstruksiyaları 32 m² sahədə və binanın çardağı 25 m² sahədə yanıb. Partlayışın zərbə dalğasının təsirindən mənzilin pəncərə çərçivəsi yerindən çıxıb. Yanğın yerinin kəşfiyyatı zamanı 1984-cü il təvəllüdlü Rəhimov Yaşar Ziyad oğlunun meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.


Geri

26 may 2022-ci il saat 06:30-dək:

Bakı şəhərinin Qaradağ rayonunda beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 72 m² olan 3 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 12 m² sahədə və 2-ci mərtəbəsində ümumi sahəsi 72 m² olan 3 otaqlı mənzilin 1 otağının tavanı 4 m² sahədə yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı 1961-ci il təvəllüdlü Həsənova Xuraman Feyzulla qızının meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Hər iki mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Geri

26 may 2022-ci il saat 05:15-dək:

Sabirabad rayonunun Kürkəndi kəndində ümumi sahəsi 150 m² olan kürsülü, birmərtəbəli evin çardağı və qamışdan ibarət tavanı yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Xaçmaz şəhərində “Volkswagen” markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.