Geri

24 may 2022-ci il saat 07:45-dək:

Sabirabad rayonunun Bulaqlı kəndində "ВАЗ" markalı minik avtomobili yol kənarında ağaca çırpılıb. Nəticədə avtomobilin yanar hissələri yanıb. Ərazidə olan ağaclar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Saatlı rayonunun Yeni Novruzlu kəndində ümumi sahəsi 240 m² (hər mərtəbəsi 120 m²) olan ikimərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Bakı şəhərinin Suraxanı rayonunda ümumi sahəsi 50 m² olan birmərtəbəli evin mətbəxində aspirator və mətbəx mebeli qismən yanıb, yüksək temperaturdan lambirindən ibarət tavan 3 m² sahədə əriyib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Füzuli rayonu, Aşağı Kürdmahmudlu kəndində ümumi sahəsi 24 m² olan qamış konstruksiyadan ibarət tövlə, yaxınlıqda yığılan 6 ton ot bağlamasının 3 tonu və 20 p.m. kol-kosdan ibarət çəpər yanıb. Yanğın zamanı 1 baş iribuynuzlu heyvan yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə köçürülüb. Ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı digər tövlə yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Gəncə şəhərində ümumi sahəsi 40 m² olan avtomobil təmiri sexində 1 ədəd hava kompressoru və 6 m² sahəyə yığılan ehtiyat hissələri yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

24 may 2022-ci il saat 04:00-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Abşeron rayonunun Atyalı adlanan yaşayış massivində 1 nəfər evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən vətəndaşa köməklik göstərilib.