Geri

23 may 2022-ci il saat 23:00-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Qəbələ rayonunun mərkəzində və Bum qəsəbəsində irigövdəli ağacların aşması və nəticədə insanların təhlükəsiz gediş-gəlişinə maneə yaranması barədə 2 müraciət daxil olub. FHN-nin Şimal-qərb Regional Mərkəzinin xilasediciləri çağırış ünvanlarına cəlb olunub. Xilasedicilər müvafiq təhlükəsizlik qaydalarına riayət etməklə aşmış ağacları hissələrə kəsərək götürülməsini, bununla da həmin ərazilərdə vətəndaşların təhlükəsiz gediş-gəlişini təmin ediblər.

Geri

23 may 2022-ci il saat 22:15-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Gəncə şəhərində 1 nəfər azyaşlı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan FHN-nin Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri tərəfindən giriş qapısının açılması və nəzarətsiz qalmış uşağın xilas olunması təmin edilib.

Geri

23 may 2022-ci il saat 21:15-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər azyaşlı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan FHN-nin Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri tərəfindən giriş qapısının açılması və nəzarətsiz qalmış uşağın xilas olunması təmin edilib.

Geri

23 may 2022-ci il saat 20:00-dək:

Mingəçevir şəhərində ümumi sahəsi 155 m² olan bir dam altında bir-birinə bitişik tikilən kürsülü, 2 ailəyə məxsus birmərtəbəli evlərdən (tavanı saman və qamışdan ibarət) sahəsi 70 m² olan evin yanar konstruksiyaları və ev əşyaları, sahəsi 85 m² olan evin dam örtüyü və tavanı 10 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Gəncə şəhərində ümumi sahəsi 20 m² olan tikilinin içərisində quraşdırılan transformatorun 3 ədəd qoruyucu açarı yanıb. Transformator yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

Geri

23 may 2022-ci il saat 16:30-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Cəlilabad rayonunun Əliabad kəndində bir baş iribuynuzlu heyvanın boğazına dolaşmış zəncirin kəsilməsinə köməklik göstərilməsi üçün müraciət daxil olub. Çağırış ünvanına cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən zəncir kəsilib və heyvan sahibinə təhvil verilib.

Geri

23 may 2022-ci il saat 14:50-dək:

Xaçmaz rayonunun Mürşüdoba kəndində ferma ərazisində "ГАЗ" markalı yük avtomobilinin ban hissəsi qismən və banına yığılan 2 ton ot bağlamasının 1 tonu yanıb. Avtomobilin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

23 may 2022-ci il saat 14:45-dək:

Salyan rayonunun Marışlı kəndində ümumi sahəsi 50 m² olan qamışdan ibarət tövlə və yaxınlıqda qismən 1 ədəd elektrik dirəyi yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

23 may 2022-ci il saat 13:00-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfər doqquzmərtəbəli yaşayış binasının beşinci mərtəbəsində yerləşən mənzilin pəncərəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

Geri

23 may 2022-ci il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı, Xətai və Binəqədi rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 3 müraciət daxil olub. Dərhal çağırış ünvanlarına cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 6 nəfərin liftdən çıxarılması təmin edilib.

Geri

23 may 2022-ci il saat 08:00-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Xızı rayonunun Sitalçay kəndində “Shacman” markalı yük avtomobilinin yol kənarına aşması və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan sürücünü deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Geri

23 may 2022-ci il saat 07:00-dək:

Bakı şəhərinin Yasamal rayonunda beşmərtəbəli yaşayış binasının beşinci mərtəbəsində ümumi sahəsi 42 m² olan 2 otaqlı mənzilin eyvanında kombi aparatı, lambirindən ibarət tavan və taxta üzlük 4 m² sahədə yanıb. Yüksək temperaturdan 1 ədəd kondisioner əriyib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Lerik rayonunun Barzavu kəndində ümumi sahəsi 9 m² olan taxta konstruksiyalı qaraj və içərisində “ВАЗ” markalı minik avtomobilinin yanar hissələri, bitişik ümumi sahəsi 108 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və damına yığılan 50 kq ot bağlaması yanıb. Tövlənin qalan hissəsi və yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.