Geri

17 may 2022-ci il saat 21:45-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Göyçay şəhərində 2 nəfər azyaşlı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən giriş qapısının açılması və nəzarətsiz qalmış uşaqların xilas olunması təmin edilib.


Geri

17 may 2022-ci il saat 16:00-dək:

Beyləqan rayonunun Yeni Mil qəsəbəsində həyətyanı sahədə 9 ton ot bağlamasının 2 tonu yanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

17 may 2022-ci il saat 15:00-dək:

Goranboy rayonunun Qızılhacılı qəsəbəsində ümumi sahəsi 90 m² olan birmərtəbəli 4 otaqlı köməkçi tikilinin 2 otağının yanar konstruksiyaları 45 m² sahədə və dam örtüyü yanıb. Köməkçi tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

17 may 2022-ci il saat 13:45-dək:

Masallı rayonunun Şıxlar kəndində istirahət mərkəzinin ərazisində ümumi sahəsi 35 m² olan taxta konstruksiyalardan ibarət kotec və yaxınlıqda 2 ədəd ağac yanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Ərazidəki digər tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

17 may 2022-ci il saat 11:30-dək:

Abşeron rayonunun Ceyranbatan qəsəbəsində hazırda fəaliyyət göstərməyən ağac emalı zavodunun ərazisində ümumi sahəsi 672 m² olan sexin dam örtüyünün yanar konstruksiyaları, içərisində həcmi 5 m³ olan mazut çəni və soba yanıb. Yanğın zamanı sexin içərisində həcmi 30 litr olan 4 ədəd propan qaz balonu yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə çıxarılıb. Yaxınlıqdakı sexlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

17 may 2022-ci il saat 09:45-dək:

Qusar şəhərində ümumi sahəsi 240 m² (hər mərtəbəsi 120 m²) olan ikimərtəbəli evin dam örtüyü 50 m² sahədə, 2-ci mərtəbəsində mətbəxin yanar konstruksiyaları 15 m² sahədə və dəhlizin tavanı 10 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

17 may 2022-ci il saat 09:30-dək, ilkin məlumata əsasən:

Sumqayıt şəhərində sexdə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

İlkin məlumata əsasən, yanğın nəticəsində tikilinin dam örtüyü təqribən 670 m² sahədə yanıb.

Əlavə məlumat veriləcək.

Geri

17 may 2022-ci il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonu üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 1 müraciət daxil olub. Dərhal çağırış ünvanına cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 2 nəfərin liftdən çıxarılması təmin edilib.

Geri

17 may 2022-ci il saat 08:20-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Sumqayıt şəhərində sexdə yanğın olması barədə məlumat daxil olub. Məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Həyata keçirilən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının yayılmasının qarşısı alınıb. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.