Geri

16 may 2022-ci il saat 11:30-dək:

Bərdə rayonunun Bəcirəvan kəndində ümumi sahəsi 120 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 16 m² sahədə və yaxınlıqda yığılan 1,5 ton ot bağlaması yanıb. Tövlənin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

16 may 2022-ci il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi və Xətai rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 2 müraciət daxil olub. Dərhal çağırış ünvanlarına cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 2 nəfərin liftdən çıxarılması təmin edilib.

Geri

16 may 2022-ci il saat 07:15-dək:

Beyləqan şəhərində "ГАЗ" markalı yük avtomobili və “Tofaş” markalı minik avtomobili toqquşub. Nəticədə minik avtomobilinin yanar hissələri yanıb. Yük avtomobili yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

16 may 2022-ci il saat 07:00-dək:

Bakı şəhərinin Nizami rayonunda beşmərtəbəli yaşayış binasının zirzəmisində ümumi sahəsi 45 m² olan otaqda karton qutular 10 m² sahədə yanıb. Otaq yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Goranboy rayonu, Boluslu kəndində ferma ərazisində ümumi sahəsi 500 m² olan qamışdan ibarət tövlə yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Samux şəhərində ümumi sahəsi 140 m² olan kafe kimi fəaliyyət göstərən birmərtəbəli tikilinin içərisində 4 ədəd divan və 1 ədəd masa yanıb. Yüksək temperaturdan 2 ədəd plastikdən ibarət qapı qismən əriyib. Tikili yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.