Geri

16 may 2022-ci il saat 07:00-dək:

Bakı şəhərinin Nizami rayonunda beşmərtəbəli yaşayış binasının zirzəmisində ümumi sahəsi 45 m² olan otaqda karton qutular 10 m² sahədə yanıb. Otaq yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Goranboy rayonu, Boluslu kəndində ferma ərazisində ümumi sahəsi 500 m² olan qamışdan ibarət tövlə yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Samux şəhərində ümumi sahəsi 140 m² olan kafe kimi fəaliyyət göstərən birmərtəbəli tikilinin içərisində 4 ədəd divan və 1 ədəd masa yanıb. Yüksək temperaturdan 2 ədəd plastikdən ibarət qapı qismən əriyib. Tikili yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.