Geri

15 may 2022-ci il saat 20:30-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində 1 nəfər azyaşlının mənzilin eyvanının dəmir barmaqlıqları arasında sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub. Dərhal FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış ünvanına cəlb olunub. Xilasedicilər tərəfindən təhlükəsizlik qaydalarına riayət edilməklə azyaşlı xilas olunub və aidiyyəti üzrə təhvil verilib.

Geri

15 may 2022-ci il saat 19:45-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər azyaşlı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan FHN-nin Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri tərəfindən giriş qapısının açılması və nəzarətsiz qalmış uşağın xilas olunması təmin edilib.

Geri

15 may 2022-ci il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonu üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 1 müraciət daxil olub. Dərhal çağırış ünvanına cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 1 nəfərin liftdən çıxarılması təmin edilib.

Geri

15 may 2022-ci il saat 08:30-dək:

Bakı şəhərinin Qaradağ rayonunda ümumi sahəsi 150 m² olan bir dam altında bir-birinə bitişik tikilən birmərtəbəli evlərdən sahəsi 70 m² olan evin dam örtüyünün yanar konstruksiyaları 20 m² sahədə, tavanı və ev əşyaları 70 m² sahədə yanıb. Evin qalan hissəsi və bitişik ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.