Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfər azyaşlı qapılarının kilidlənməsi səbəbilə minik avtomobilində köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri azyaşlını xilas edib və aidiyyəti üzrə təhvil veriblər.
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində 1 nəfər azyaşlının mənzilin eyvanının dəmir barmaqlıqları arasında sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub. Dərhal FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış ünvanına cəlb olunub. Xilasedicilər tərəfindən təhlükəsizlik qaydalarına riayət edilməklə azyaşlı xilas olunub və aidiyyəti üzrə təhvil verilib.
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər azyaşlı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan FHN-nin Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri tərəfindən giriş qapısının açılması və nəzarətsiz qalmış uşağın xilas olunması təmin edilib.
Bakı şəhərinin Qaradağ rayonunda ümumi sahəsi 150 m² olan bir dam altında bir-birinə bitişik tikilən birmərtəbəli evlərdən sahəsi 70 m² olan evin dam örtüyünün yanar konstruksiyaları 20 m² sahədə, tavanı və ev əşyaları 70 m² sahədə yanıb. Evin qalan hissəsi və bitişik ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.