Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 2400 m² (hər mərtəbəsi 600 m²) olan dördmərtəbəli şadlıq sarayının dam örtüyünün yanar konstruksiyaları 10 m² sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb. Şadlıq sarayının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb;
Goranboy rayonunun Qarasuçu kəndində həyətyanı sahədə yığılan 5 ton ot bağlamasının 2,5 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Sabirabad rayonunun Suqovuşan kəndində transformatorun yanar hissələri yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bakı şəhərinin Qaradağ rayonunda, fermanın ərazisində 2,5 ton ot bağlaması yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonunda ağırçəkili 1 nəfərin yaşadığı mənzilə qaldırılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub. Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən vətəndaşa müvafiq köməklik göstərilib.