Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər körpüyə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nizami rayonunda 1967-ci il təvəllüdlü kişinin xəstəxanaya aparılması zərurətinin yaranması, bununla əlaqədar həkim briqadasına müvafiq köməkliyin göstərilməsi üçün müraciət daxil olub. Müraciətlə əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış ünvanına cəlb olunub. Xilasedicilərin köməkliyi ilə vətəndaş 3-cü mərtəbədəki mənzildən aşağı düşürülüb, təcili və təxirəsalınmaz tibbi yardım avtomobilinə mindirilərək həkim briqadasına təhvil verilib.
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nəsimi rayonunda çoxmərtəbəli yaşayış binasının 12-ci mərtəbəsinin eyvanında 2 ədəd peyk antenasının asılı vəziyyətdə qalması barədə məlumat daxil olub. Sakinlərin və ərazidən keçən vətəndaşların təhlükəsizliyinin təmin olunması məqsədilə FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri qeyd olunan ünvana cəlb olunub. Xilasedicilər antenaları müvafiq qaydada götürərək təhlükəni aradan qaldırıblar.
Bakı şəhərinin Xətai rayonunda, çoxmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən ümumi sahəsi 120 m² olan mağazada elektrik lövhəsi, 10 p.m kabel və 6 m² sahədə rəflər yanıb. Yüksək temperaturdan 2 ədəd kondisioner əriyib və bitişik təndirxananın alçipandan ibarət arakəsmə divarı dağılıb. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Şəki şəhərinin Baş Göynük kəndində ümumi sahəsi 170 m² olan birmərtəbəli 4 otaqlı evin dam örtüyü və yanar konstruksiyaları 150 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.