Geri

30 aprel 2022-ci il saat 23:00-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Ağdam rayonu, İmamqulubəyli qəsəbəsində “ВАЗ” markalı minik avtomobili və “Mercedes” markalı mikroavtobus toqquşub. Hadisə yerinə cəlb olunan FHN-nin Qarabağ Regional Mərkəzinin xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan sürücünü deformasiyaya uğrayan minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Geri

30 aprel 2022-ci il saat 20:00-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər azyaşlı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən giriş qapısının açılması və nəzarətsiz qalmış uşağın xilas olunması təmin edilib;

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nəsimi rayonunda üçmərtəbəli yaşayış binasının damında dəmir parçasının asılı vəziyyətdə qalması barədə məlumat daxil olub. Sakinlərin və ərazidən keçən vətəndaşların təhlükəsizliyinin təmin olunması məqsədilə FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri qeyd olunan ünvana cəlb olunub. Xilasedicilər dəmir parçasını müvafiq qaydada götürərək təhlükəni aradan qaldırıblar.

Geri

30 aprel 2022-ci il saat 19:00-dək:

15.04.2022-ci il tarixində Yuxarı Qarabağ kanalının Mingəçevir şəhəri ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 2003-cü il təvəllüdlü Əhmədov Allahverdi Zalış oğlunun axtarışları başa çatıb. A.Əhmədovun meyiti kanalın Mingəçevir şəhəri ərazisindən keçən hissəsində (batdığı yerdən təqribən 1 km aralı) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən aşkarlanaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Geri

30 aprel 2022-ci il saat 13:00-dək:

Xaçmaz rayonunun Həsənqala kəndində ümumi sahəsi 77 m² olan tövlənin yanar konstruksiyaları və damına yığılan 3 ton ot bağlaması yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

30 aprel 2022-ci il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi və Xətai rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 3 müraciət daxil olub. Dərhal çağırış ünvanlarına cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 3 nəfərin liftdən çıxarılması təmin edilib.