Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 360 m² olan mansarda tipli ikimərtəbəli evin mansardasının yanar konstruksiyaları 130 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;
Sabirabad rayonunun Ətcələr kəndində ümumi sahəsi 120 m² olan birmərtəbəli 4 otaq və aynabənddən ibarət evin zirzəmisində karton, plastik və taxta taralar 10 m² sahədə, tavan 40 m² sahədə yanıb. Yüksək temperaturdan evin döşəməsi 40 m² sahədə qarsalanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;
Bakı şəhərinin Nəsimi rayonunda “Hyundai” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bakı şəhərinin Binəqədi rayonunda doqquzmərtəbəli yaşayış binasının birinci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan elektrik lövhəsində 1 ədəd sayğac və kabel 1 p.m yanıb. Sayğacların qalan hissəsi və mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Yuxarı Qarabağ kanalının Bərdə rayonu, Alpout kəndi ərazisindən keçən hissəsində 2004-cü il təvəllüdlü Orucov Elməddin Yusir oğlunun batması barədə məlumat daxil olub. FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
Əlavə məlumat veriləcək.
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfər azyaşlı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən giriş qapısının açılması və nəzarətsiz qalmış uşağın xilas olunması təmin edilib.
16.04.2022-ci il tarixində Yuxarı Qarabağ su kanalının Yevlax şəhəri, Aran qəsəbəsi ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 1999-cu il təvəllüdlü İsmayılzadə Sərxan Rizvan oğlunun axtarışları başa çatıb. S.İsmayılzadənin meyiti kanalın Yevlax şəhəri, Malbinəsi kəndi ərazisindən keçən hissəsində (batdığı yerdən təqribən 20 km aralı) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən aşkarlanaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Sabunçu rayonu üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 1 müraciət daxil olub. Dərhal çağırış ünvanına cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 1 nəfərin liftdən çıxarılması təmin edilib.