Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Sabunçu rayonu üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 1 müraciət daxil olub. Dərhal çağırış ünvanına cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 1 nəfərin liftdən çıxarılması təmin edilib.
Abşeron rayonunun Məmmədli kəndində ümumi sahəsi 150 m² olan birmərtəbəli obyektin (ofis, yeməkxana) yanar konstruksiyaları 30 m² sahədə yanıb. Obyektin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hacıqabul rayonunun Kolanı kəndində ümumi sahəsi 30 m² olan taxta konstruksiyalı tövlə yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Xaçmaz şəhərində "ВАЗ" markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;
Biləsuvar rayonunda (Bəhrəmtəpə-Biləsuvar magistral avtomobil yolunun 45-ci kilometrliyi) "ВАЗ" markalı minik avtomobilinin yanar hissələri yanıb. Yol kənarındakı ağaclar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.