Zaqatala rayonunun Əliabad qəsəbəsində ümumi sahəsi 60 m² olan talvarın yanar konstruksiyaları 30 m² sahədə yanıb. Talvarın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Ucar rayonunun Qarabörk kəndi yaxınlığında 3 ha qamışlıq sahə yanıb. Ətraf ərazilər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Salyan rayonunun Həsənli kəndində ümumi sahəsi 128 m² olan birmərtəbəli evin yanar konstruksiyaları 78 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;
Gəncə şəhərində ümumi sahəsi 28 m² olan köməkçi tikilinin içərisində 2 p.m mətbəx mebeli, 1 ədəd soyuducu, 1 ədəd paltaryuyan maşın və 1 ədəd aspirator yanıb, yüksək temperaturdan lambirindən ibarət tavan əriyib. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bakı şəhərinin Nərimanov rayonunda, inşaat materiallarının satışı bazarının ərazisində ümumi sahəsi 6 m² olan taxta konstruksiyalı gözətçi köşkü, bitişik ümumi sahəsi 6 m² olan digər köşkün dam örtüyünun taxta atmaları 2 m² sahədə, ümumi sahəsi 140 m² olan anbarın dam örtüyünun taxta atmaları 2 m² sahədə və yaxınlıqda ümumi sahəsi 265 m² olan digər anbarın dam örtüyünun taxta atmaları 0,5 m² sahədə yanıb. Köşkün və anbarların qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;
Göygöl rayonunun Hacıməlik qəsəbəsində ümumi sahəsi 48 m² olan kürsülü, birmərtəbəli evin yanar konstruksiyaları 20 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Saatlı rayonunun Günəşli kəndində ümumi sahəsi 35 m² olan tövlənin dam örtüyünün taxta atmaları 22 m² sahədə və damına yığılan 400 kq ot bağlaması yanıb. Tövlənin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;
Masallı rayonunun Mahmudavar kəndində ümumi sahəsi 32 m² olan köməkçi tikilinin yanar konstruksiyaları 20 m² sahədə yanıb. Köməkçi tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;
Tərtər rayonunun Rəcəbli kəndində həyətyanı sahəyə yığılan 8 ton ot bağlamasının 5 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;
İsmayıllı rayonunun Kəlbənd kəndində ümumi sahəsi 132 m² olan tövlənin yanar konstruksiyaları 100 m² sahədə, bitişik yığılan 4 ton ot bağlamasının 1,5 tonu və yaxınlıqda dayanan "ГАЗ" markalı yük avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;
Astara rayonunun Şuvi kəndində ümumi sahəsi 576 m² (mansardası və hər mərtəbəsi 192 m²) olan ikimərtəbəli mansarda tipli 6 otaqlı evin yanar konstruksiyaları 384 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;
Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 50 m² olan taxta konstruksiyalı talvar və altına yığılan əşyalar yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;
Cəlilabad şəhərində həyətyanı sahədə ümumi sahəsi 300 m² olan dəmir konstruksiyadan ibarət talvarın altına yığılan rezin qəliblər 50 m² sahədə və bitişik ümumi sahəsi 117 m² olan birmərtəbəli 4 otaqlı evin 2 otağının yanar konstruksiyaları 32 m² sahədə yanıb. Yüksək temperaturdan talvar deformasiyaya uğrayıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 2 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən vətəndaşlara köməklik göstərilib.
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Gəncə şəhərində 1 nəfər azyaşlı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan FHN-nin Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri tərəfindən giriş qapısının açılması və nəzarətsiz qalmış uşağın xilas olunması təmin edilib.
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və vətəndaşı halsız vəziyyətdə aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.