Geri

04 mart 2022-ci il saat 08:15-dək:

Bakı şəhərinin Suraxanı rayonunda ümumi sahəsi 1200 m² olan çörəkbişirmə sexində sobanın içərisinə çəkilən daş yun üzlük 3 m² sahədə yanıb. Sex yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

04 mart 2022-ci il saat 08:00-dək:

Bakı şəhərinin Xətai rayonunda ümumi sahəsi 330 m² mebel sexinin yanar konstruksiyaları, içərisində olan taxta və karton materiallar 60 m² sahədə yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Tovuz şəhərində ümumi sahəsi 150 m² olan kürsülü birmərtəbəli evin tavanı 40 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

04 mart 2022-ci il saat 01:15-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və vətəndaşı halsız vəziyyətdə aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.