Geri

31 mart 2022-ci il saat 22:55-dək:

Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsində çoxmərtəbəli yaşayış binasının 10-cu mərtəbəsində ümumi sahəsi 94 m² olan 2 otaqlı mənzilin (hazırda təmir olunan) eyvanında 4 m² sahədə məişət tullantıları yanıb.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddət ərzində məhdudlaşdırılaraq söndürülüb. Mənzil yanğından mühafizə olunub.

Geri

31 mart 2022-ci il saat 22:30-dək:

Saatlı rayonunun Azadkənd kəndində ümumi sahəsi 150 m² olan talvarın altına yığılan 5 ton ot bağlamasının 4 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi və talvar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Göygöl rayonunun Quşçu kəndində ümumi sahəsi 120 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və damına yığılan 2,4 ton ot bağlamasının 1,6 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Beyləqan rayonunun Birinci Şahsevən kəndində ümumi sahəsi 48 m² olan vaqon tipli köşkün lambirindən ibarət üzlüyü 25 m² sahədə yanıb. Köşkün qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Bakı şəhərinin Səbail rayonunda “Mercedes” markalı minik avtomobilinin idarəetmə lövhəsi və qismən salonu yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

31 mart 2022-ci il saat 21:00-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və vətəndaşı halsız vəziyyətdə aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

Geri

31 mart 2022-ci il saat 20:45-dək:

Bakı şəhərinin Suraxanı rayonunda ümumi sahəsi 80 m² olan birmərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları 40 m² sahədə, mətbəxində lambirindən ibarət tavan 15 m² sahədə və 1 ədəd soyuducu yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Şəmkir şəhərində həyətyanı sahəyə yığılan 6 ton ot bağlamasının 1 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Saatlı rayonunun Heydərabad kəndində həyətyanı sahəyə yığılan 3 ton ot bağlamasının 1,5 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Biləsuvar rayonunun Dərvişli kəndində ümumi sahəsi 110 m² olan dülgər sexinin dam örtüyünün yanar konstruksiyaları 50 m² sahədə və içərisində taxta məmulatları 10 m² sahədə yanıb. Sexin qalan hissəsi və yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Ağdaş rayonunun Dəhnəxəlil kəndi yaxınlığında 1 ha sahədə kol-kos və müxtəlif növ ağaclar yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

31 mart 2022-ci il saat 13:30-dək:

Göygöl rayonunun Üçtəpə kəndində ümumi sahəsi 90 m² olan birmərtəbəli evin 1 otağının tavanı və dam örtüyünün yanar konstruksiyaları 20 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

31 mart 2022-ci il saat 12:30-dək:

Yardımlı rayonunun Çay Üzü kəndində ümumi sahəsi 70 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 16 m² sahədə və damına yığılan 40 kiloqram ot bağlaması yanıb. Tövlənin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

31 mart 2022-ci il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi və Nərimanov rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 2 müraciət daxil olub. Dərhal çağırış ünvanlarına cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 1-i azyaşlı olmaqla 2 nəfərin liftdən çıxarılması təmin edilib.

Geri

31 mart 2022-ci il saat 08:45-dək:

Göyçay rayonunun Yalman kəndində ümumi sahəsi 60 m² olan kürsülü, birmərtəbəli evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

31 mart 2022-ci il saat 04:00-dək:

Sumqayıt şəhərində ümumi sahəsi 15 m² olan gözəllik salonu kimi fəaliyyət göstərən birmərtəbəli tikilinin yanar konstruksiyaları və içərisindəki əşyalar, yaxınlıqda ümumi sahəsi 15 m² olan birmərtəbəli geyim mağazasının lambirindən ibarət üzlüyü və içərisindəki mallar yanıb. Yüksək temperaturdan yaxınlıqda olan beşmərtəbəli yataqxana binasının xarici divarından keçən plastik su və kanalizasiya boruları 20 p.m əriyib. Yataqxana binası yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

31 mart 2022-ci il saat 02:00-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Quba rayonunun Zərdabi qəsəbəsində “LADA” markalı minik avtomobilinin ağaca çırpılması və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan sürücünü deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.