Sumqayıt şəhərində ümumi sahəsi 15 m² olan gözəllik salonu kimi fəaliyyət göstərən birmərtəbəli tikilinin yanar konstruksiyaları və içərisindəki əşyalar, yaxınlıqda ümumi sahəsi 15 m² olan birmərtəbəli geyim mağazasının lambirindən ibarət üzlüyü və içərisindəki mallar yanıb. Yüksək temperaturdan yaxınlıqda olan beşmərtəbəli yataqxana binasının xarici divarından keçən plastik su və kanalizasiya boruları 20 p.m əriyib. Yataqxana binası yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Quba rayonunun Zərdabi qəsəbəsində “LADA” markalı minik avtomobilinin ağaca çırpılması və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan sürücünü deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.