Geri

28 mart 2022-ci il saat 20:00-dək:

Kürdəmir rayonunun Xırdapay kəndində, həyətyanı sahədə 50 p.m çəpər və 0,5 ha sahədə ağaclar yanıb. Ərazinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Geri

28 mart 2022-ci il saat 19:00-dək:

Qəbələ rayonunun Zarağan kəndində ümumi sahəsi 32 m² olan köməkçi tikilinin yanar konstruksiyaları 12 m² sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Oğuz rayonunun Mollalı kəndində ümumi sahəsi 150 m² olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Goranboy rayonunun Eyvazlılar kəndində fermanın ərazisində ümumi sahəsi 81 m² olan birmərtəbəli 3 otaqlı evin 1 otağının yanar konstruksiyaları və dam örtüyü 50 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Ağdaş rayonunun Qaradağlı kəndi yaxınlığında 1 ha sahədə kol-kos və müxtəlif növ ağaclar yanıb. Ətraf ərazilər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

28 mart 2022-ci il saat 18:15-dək:

Beyləqan şəhərində, həyətyanı sahədə yığılan 5,4 ton ot bağlamasının 2,4 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

28 mart 2022-ci il saat 18:00-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Şirvan şəhərində 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən vətəndaşa köməklik göstərilib.

Geri

28 mart 2022-ci il saat 15:30-dək, ilkin məlumata əsasən:

Qobustan rayonunun Nərimankənd kəndində ümumi sahəsi 35 m² olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları 25 m² sahədə və içərisinə yığılan 50 kq ot bağlaması yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Göygöl şəhərində ümumi sahəsi 72 m² olan birmərtəbəli tikinti materialları satışı mağazasının zirzəmisində qablaşdırılmış boyalar və plastik borular 10 m² sahədə yanıb. Mağaza yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Mingəçevir şəhərində ümumi sahəsi 20 m² olan taxta konstruksiyalardan ibarət köməkçi tikili 16 m² sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

28 mart 2022-ci il saat 13:30-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan FHN-nin Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1957-ci il təvəllüdlü Seyfullayeva Rəhilə Xanoğlan qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.


Geri

28 mart 2022-ci il saat 11:00-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Gəncə şəhərində 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan FHN-nin Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və vətəndaşı halsız vəziyyətdə aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

Geri

28 mart 2022-ci il saat 09:00-dək:

 

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonu üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 2 müraciət daxil olub. Dərhal çağırış ünvanlarına cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 3 nəfərin liftdən çıxarılması təmin edilib.

 

Geri

28 mart 2022-ci il saat 07:45-dək:

Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 60 m² olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları 20 m² sahədə və içərisində olan əşyalar yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Abşeron rayonunda (Bakı-Şamaxı-Yevlax magistral avtomobil yolunun 14-cü kilometrliyi) çoxmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində ümumi sahəsi 45 m² olan mənzilin eyvanında 2 m² sahədə taxta qırıntıları yanıb. Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

28 mart 2022-ci il saat 00:30-dək:

İsmayıllı rayonunun Hacıhətəmli kəndində ümumi sahəsi 100 m² olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları və içərisindəki ev əşyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.