Geri

16 mart 2022-ci il saat 14:45-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər azyaşlı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan FHN-nin Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri tərəfindən giriş qapısının açılması və nəzarətsiz qalmış uşağın xilas olunması təmin edilib.

Geri

16 mart 2022-ci il saat 12:15-dək:

Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 420 m² olan ikimərtəbəli evin 1-ci mərtəbəsində, sahəsi 60 m² olan qarajda məişət əşyaları 5 m² sahədə və “Mercedes” markalı minik avtomobilinin buferi yanıb. Avtomobilinin qalan hissəsi və qaraj yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

16 mart 2022-ci il saat 11:45-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və vətəndaşı halsız vəziyyətdə aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

Geri

16 mart 2022-ci il saat 09:30-dək:

Bakı şəhərinin Nəsimi rayonunda çoxmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində ümumi sahəsi 135 m² olan mənzilin mətbəxində mebel 4 p.m və qismən 1 ədəd paltaryuyan maşın yanıb. Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

16 mart 2022-ci il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov, Səbail və Binəqədi rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 4 müraciət daxil olub. Dərhal çağırış ünvanlarına cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 4 nəfərin liftdən çıxarılması təmin edilib.

Geri

16 mart 2022-ci il saat 08:55-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Xaçmaz rayonunun Arzu qəsəbəsində təkdırnaqlı heyvanın (at) su kanalına düşərək orada köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Çağırış ünvanına cəlb olunan FHN-nin Şimal Regional Mərkəzinin xilasetmə qüvvələri tərəfindən heyvan kanaldan çıxarılıb və sahibinə təhvil verilib.

Geri

16 mart 2022-ci il saat 08:45-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Sumqayıt şəhərində doqquzmərtəbəli yaşayış binasının damından 1 nəfərin meyitinin götürülməsinə köməklik göstərilməsi üçün müraciət daxil olub. Müraciətlə əlaqədar FHN-nin Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Görülən tədbirlər nəticəsində 1963-cü il təvəllüdlü Mərdəliyev Altay Teymur oğlunun meyiti aşağı düşürülərək aidiyyəti üzrə təhvil verilib.

Geri

16 mart 2022-ci il saat 08:30-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan FHN-nin Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1950-ci il təvəllüdlü Belarusova Zoya Aleksandrovnanın meyitini aidiyyəti üzrə təhvil veriblər.

Geri

16 mart 2022-ci il saat 08:00-dək:

Şəmkir rayonunun Sabirkənd kəndində ümumi sahəsi 300 m² olan birmərtəbəli tikinti materialları satışı mağazasında sahəsi 15 m² olan ofis otağının yanar konstruksiyaları və içərisindəki əşyalar yanıb. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

16 mart 2022-ci il saat 04:00-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Xızı rayonunun Şorabad kəndində "Renault" markalı minik avtomobilinin “Mercedes” markalı yük avtomobilinə çırpılması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan FHN-nin Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan sürücü, 1987-ci il təvəllüdlü Gülmalıyev Şamxal Qabil oğlunun meyitini deformasiyaya uğrayan minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Geri

16 mart 2022-ci il saat 02:15-dək:

Bakı şəhərinin Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının zirzəmisində yerləşən ümumi sahəsi 290 m² olan obyektin mətbəxində 1 ədəd aspirator, 1 ədəd kondisioner və 1 ədəd fri aparatı yanıb. Yüksək temperaturdan mətbəxin lambirindən ibarət tavanı 8 m² sahədə əriyib. Obyektin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

16 mart 2022-ci il saat 00:45-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Qaradağ rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və vətəndaşı halsız vəziyyətdə aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.