Geri

28 fevral 2022-ci il saat 10:45-dək:

Bakı şəhəri, Nərimanov rayonunda ümumi sahəsi 100 m² olan ikimərtəbəli evin dam örtüyü 20 m² sahədə, 2-ci mərtəbəsində bir otağın yanar konstruksiyaları, içərisində olan əşyalar 5 m² sahədə və digər otağın qapısı yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

28 fevral 2022-ci il saat 09:55-dək, ilkin məlumata əsasən:

Bakı şəhəri, Nərimanov rayonu, A.Heydərov küçəsində yerləşən fərdi yaşayış evində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Əlavə məlumat veriləcək.


Geri

28 fevral 2022-ci il saat 09:35-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, A.Heydərov küçəsində fərdi yaşayış evində yanğın olması barədə məlumat daxil olub. Məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğın baş verdiyi ünvana cəlb olunub.

Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.


Geri

28 fevral 2022-ci il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonu üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 1 müraciət daxil olub. Dərhal çağırış ünvanına cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 1 nəfərin liftdən çıxarılması təmin edilib.

Geri

28 fevral 2022-ci il saat 01:40-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan FHN-nin Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri tərəfindən vətəndaşa müvafiq köməklik göstərilib.

 

Geri

28 fevral 2022-ci il saat 01:00-dək:

Ağcabədi rayonunun Cəfərbəyli kəndində ümumi sahəsi 100 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Beyləqan şəhərində ikimərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 48 m² olan 2 otaqlı mənzilin yanar konstruksiyaları 18 m² sahədə, mətbəxində 3 p.m mebel və 1 ədəd kodisioner yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

28 fevral 2022-ci il saat 00:30-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nizami rayonunda 1 nəfər azyaşlı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən giriş qapısının açılması və nəzarətsiz qalmış uşağın xilas olunması təmin edilib.