Qəbələ rayonunun Vəndam qəsəbəsində ümumi sahəsi 1000 m² olan bir dam altında tikilən müxtəlif təyinatlı obyektlərdən (əsasən alkopan, lambirin konstruksiyalardan və plastik pəncərədən ibarət aptek, mağaza və.s) ibarət tikilinin yanar konstruksiyaları 400 m² sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb. Tikilinin qalan hissəsi və yaxınlıqda olan uşaq bağçası yanğından mühafizə olunub. Yanğın söndürülüb.
Bakı şəhərinin Nərimanov rayonunda yaşayış binasının 1-ci mərtəbəsi və zirzəmisinin (moda evinin fəaliyyət göstərdiyi 190 m² ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi) yanar konstruksiyaları və içərisindəki əşyalar 60 m² sahədə yanıb. Qeyri-yaşayış sahəsinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bərdə rayonunun Hüseynalılar kəndində ümumi sahəsi 70 m² olan taxta konstruksiyalardan ibarət talvar və yaxınlıqda yığılan 4,5 ton ot bağlamasının 1,5 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı tövlə yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;
Balakən rayonunun Yeni Şərif kəndində ümumi sahəsi 72 m² olan taxta konstruksiyalardan ibarət köməkçi tikili və içərisində 2 ədəd çarpayı yanıb. Yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Saatlı rayonunun Nərimanov kəndində ümumi sahəsi 110 m² olan 2 otaqdan ibarət köməkçi tikilinin bir otağının taxta atmaları 20 m² sahədə, içərisində yerə səpilən saman və karton taralar yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;
Şəki şəhərində ümumi sahəsi 200 m² (hər mərtəbəsi 100 m²) olan ikimərtəbəli evin 2-ci mərtəbəsində bir otağın tavanı 20 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal və Binəqədi rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 2 müraciət daxil olub. Dərhal çağırış ünvanlarına cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 4 nəfərin liftdən çıxarılması təmin edilib.