Geri

13 fevral 2022-ci il saat 07:30-dək:

Kürdəmir rayonunun Ərəbxana kəndində ümumi sahəsi 35 m² olan birmərtəbəli ərzaq mağazasının dam örtüyünün yanar konstuksiyaları 25 m² sahədə və içərisinə yığılan mallar yanıb. Mağazanın qalan hissəsi və bitişik talvar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Ağdam rayonunun Zəngişalı kəndində ümumi sahəsi 135 m² olan talvarın yanar konstruksiyaları 60 m² sahədə və altına yığılan 6 ton ot bağlamasının 4 tonu yanıb. Talvarın və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.