Geri

13 fevral 2022-ci il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal və Binəqədi rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 2 müraciət daxil olub. Dərhal çağırış ünvanlarına cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 4 nəfərin liftdən çıxarılması təmin edilib.

Geri

13 fevral 2022-ci il saat 08:45-dək:

Bakı şəhərinin Suraxanı rayonunda ümumi sahəsi 250 m² olan ikimərtəbəli evin 1-ci mərtəbəsində 1 otağın yanar konstruksiyaları 30 m² sahədə, bitişik ümumi sahəsi 80 m² olan birmərtəbəli evin hamam otağının tavanı 1 m² sahədə və bitişik talvarın taxta atmaları 15 m² sahədə yanıb. Hər iki evin qalan hissəsi və bitişik digər evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Geri

13 fevral 2022-ci il saat 07:30-dək:

Kürdəmir rayonunun Ərəbxana kəndində ümumi sahəsi 35 m² olan birmərtəbəli ərzaq mağazasının dam örtüyünün yanar konstuksiyaları 25 m² sahədə və içərisinə yığılan mallar yanıb. Mağazanın qalan hissəsi və bitişik talvar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Ağdam rayonunun Zəngişalı kəndində ümumi sahəsi 135 m² olan talvarın yanar konstruksiyaları 60 m² sahədə və altına yığılan 6 ton ot bağlamasının 4 tonu yanıb. Talvarın və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.