Geri

12 fevral 2022-ci il saat 21:00-dək:

Tovuz rayonunun Düz Cırdaxan kəndində ümumi sahəsi 200 m² olan talvarın yanar konstruksiyaları 40 m² sahədə və altına yığılan 10 ton ot bağlamasının 2 tonu yanıb. Yüksək temperaturdan talvarın lambirindən ibarət tavanı 30 m² sahədə əriyib. Talvarın və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

12 fevral 2022-ci il saat 20:00-dək:

Fövqəladə Hallar Nazirliyin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Səbail rayonu, Dənizkənarı Milli Parkın ərazisində (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 600 m aralı, nəzarətsiz ərazi) 1 nəfərin dənizə düşməsi barədə məlumat daxil olub. Dərhal hadisə yerinə cəlb olunan FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasedicilərinin çevik müdaxiləsi nəticəsində vətəndaş xilas edilərək aidiyyəti üzrə təhvil verilib.

Geri

12 fevral 2022-ci il saat 19:50-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda 2 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən vətəndaşlara köməklik göstərilib.

Geri

12 fevral 2022-ci il saat 17:45-dək:

Bakı şəhərinin Sabunçu rayonunda doqquzmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində ümumi sahəsi 55 m² olan 2 otaqlı mənzilin 1 otağında plastikdən ibarət pəncərə çərçivəsi və ev əşyaları 2 m² sahədə yanıb. Yanğın zamanı 1 nəfər yanğınsöndürənlər tərəfindən tüstüdən zəhərlənmə əlamətləri ilə xilas edilərək aidiyyəti üzrə təhvil verilib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

12 fevral 2022-ci il saat 17:05-dək:

Bakı şəhərinin Nizami rayonunda ümumi sahəsi 450 m² (hər mərtəbəsi 150 m²) olan üçmərtəbəli 10 otaqlı mansarda tipli evin mansardasının yanar konstruksiyaları 150 m² sahədə, 2-ci və 3-cü mərtəbələrarası pilləkən qəfəsi yanıb.

Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində yanğının genişlənməsinin qarşısı alınaraq söndürülməsi təmin edilib. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Geri

12 fevral 2022-ci il saat 16:05-dək, ilkin məlumata əsasən:

Bakı şəhərinin Nizami rayonunda üçmərtəbəli fərdi yaşayış evində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Əlavə məlumat veriləcək.

 

Geri

12 fevral 2022-ci il saat 16:00-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Abşeron rayonunun Masazır qəsəbəsində 1 nəfər azyaşlı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən giriş qapısının açılması və nəzarətsiz qalmış uşağın xilas olunması təmin edilib.

Geri

12 fevral 2022-ci il saat 15:30-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Ağdaş rayonunun Aşağı Zeynəddin kəndində “Chevrolet” və "Mercedes" markalı iki minik avtomobili toqquşub. Hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan 1 nəfər sərnişini deformasiyaya uğrayan "Mercedes" markalı minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Geri

12 fevral 2022-ci il saat 15:20-dək:

Sabirabad rayonunun Xankeçən kəndində “BMW” markalı minik avtomobili yol kənarındakı qaz xəttinə çırpılıb. Nəticədə avtomobilin yanar hissələri yanıb. Yaxınlıqdakı kommunikasiya xətti yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

12 fevral 2022-ci il saat 15:15-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Nizami rayonunda üçmərtəbəli fərdi yaşayış evində yanğın olması barədə məlumat daxil olub. Məlumat qəbul ediləndən dərhal FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Geri

12 fevral 2022-ci il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov və Yasamal rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 2 müraciət daxil olub. Dərhal çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 2-si azyaşlı olmaqla 3 nəfərin liftdən çıxarılması təmin edilib.

Geri

12 fevral 2022-ci il saat 08:00-dək:

Mingəçevir şəhərində ümumi sahəsi 200 m² olan kafe kimi fəaliyyət göstərən birmərtəbəli tikilinin yanar konstruksiyaları 150 m² sahədə, içərisində 10 ədəd soyuducu və 3 ədəd kondisioner yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

12 fevral 2022-ci il saat 07:30-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində 2 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan FHN-nin Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri tərəfindən vətəndaşlara müvafiq köməklik göstərilib.

Geri

12 fevral 2022-ci il saat 00:15-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Şamaxı rayonunda (Muğanlı-İsmayıllı magistral avtomobil yolunun 2-ci kilometrliyi) “Ford” markalı yük avtomobilinin dərəyə aşması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 2 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.