Geri

11 fevral 2022-ci il saat 20:00-dək:

Astara rayonunun Siyətük kəndində ümumi sahəsi 216 m² (hər mərtəbəsi 108 m²) olan ikimərtəbəli, 7 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları və dam örtüyü 40 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

11 fevral 2022-ci il saat 19:45-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan FHN-nin Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri evin giriş qapısını açıb və vətəndaşı halsız vəziyyətdə aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

Geri

11 fevral 2022-ci il saat 18:00-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonunda 3 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Məlumat qəbul edilən kimi FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub. Həyata keçirilən tədbirlər nəticəsində giriş qapısının açılması, mənzildə halsız vəziyyətdə aşkarlanan qadının və nəzarətsiz qalmış 2 nəfər azyaşlının xilas olunması təmin edilib.
Geri

11 fevral 2022-ci il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonu üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 2 müraciət daxil olub. Dərhal çağırış ünvanlarına cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 2 nəfərin liftdən çıxarılması təmin edilib.

Geri

11 fevral 2022-ci il saat 08:00-dək:

Oğuz rayonunun Xalxal kəndində ümumi sahəsi 96 m² olan çayxananın dam örtüyünün yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

11 fevral 2022-ci il saat 02:00-dək:

Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 80 m² olan kürsülü, birmərtəbəli evin mətbəxində mebel 2 p.m, 1 ədəd paltaryuyan maşın, 1 ədəd qabyuyan maşın və 1 ədəd kondisioner yanıb. Ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Xızı rayonunun Yarımca kəndində ümumi sahəsi 50 m² olan birmərtəbəli evin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 20 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.