Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan FHN-nin Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri tərəfindən vətəndaşa müvafiq köməklik göstərilib.
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Qəbələ şəhərində irigövdəli ağacın aşması və nəticədə insanların təhlükəsiz gediş-gəlişinə maneə yaranması barədə məlumat daxil olub. FHN-nin Şimal-qərb Regional Mərkəzinin xilasediciləri çağırış ünvanına cəlb olunub. Xilasedicilər müvafiq təhlükəsizlik qaydalarına riayət etməklə, aşmış ağacı hissələrə kəsərək götürülməsini, bununla da həmin ərazidə vətəndaşların təhlükəsiz gediş-gəlişini təmin ediblər.
İsmayıllı şəhərində ümumi sahəsi 40 m² olan vaqon tipli evin bacasının ətrafı 15 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Göyçay şəhərində ümumi sahəsi 180 m² olan çayxananın sahəsi 12 m² olan otağında əşyalar yanıb, yüksək temperaturdan 1 ədəd kondisioner əriyib. Çayxana yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Biləsuvar rayonunda (Ələt-Astara avtomobil yolunun 112-ci kilometrliyi) "ГАЗел" markalı yük avtomobilinin yanar hissələri və banına yığılan 700 kiloqram ot bağlaması yanıb. Yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;
Bakı şəhərinin Sabunçu rayonunda bir dam altında tikilən dörd boksdan ibarət avtomobil təmiri sexinin ümumi sahəsi 45 m² olan boksunun içərisində avtomobil ehtiyat hissələri və digər əşyalar yanıb. Sex yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.