Geri

31 dekabr 2022-ci il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov və Nəsimi rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 2 müraciət daxil olub. Dərhal çağırış ünvanlarına cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 2 nəfərin liftdən çıxarılması təmin edilib.

Geri

31 dekabr 2022-ci il saat 08:00-dək:

Sabirabad rayonunun Quruzma kəndində ümumi sahəsi 150 m² olan kürsülü, birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları yanıb. Bitişik talvar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

31 dekabr 2022-ci il saat 07:15-dək:

Bakı şəhəri, Nizami rayonu, Əli Vəliyev küçəsində, idman kompleksinin ərazisində, ümumi sahəsi 330 m² olan mansarda tipli birmərtəbəli taxta konstruksiyadan ibarət tikilinin yanar konstruksiyaları 257 m² sahədə, bitişik, ümumi sahəsi 369 m² olan mansarda tipli ikimərtəbəli tikilinin yanar konstruksiyaları 156 m² sahədə yanıb. Hər iki tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

31 dekabr 2022-ci il saat 07:00-dək:

Bakı şəhərinin Nərimanov rayonunda ümumi sahəsi 480 m² (hər birinin sahəsi 48 m²) olan 10 boksdan ibarət avtomobil təmiri sexinin 1 boksunun yanar konstruksiyaları, digər boksunun yanar konstruksiyaları 30 m² sahədə və içərisində təmirə dayanan “Chevrolet” markalı minik avtomobilinin yanar hissələri yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Bakı şəhərinin Nizami rayonunda ümumi sahəsi 300 m² olan meyvə şirəsi istehsalı sexinin ərazisində sahəsi 20 m² olan taxta konstruksiyadan ibarət köməkçi tikili və 10 m² sahədə məişət tullantıları yanıb. Sex yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

31 dekabr 2022-ci il saat 04:50-dək, ilkin məlumata əsasən:

Bakı şəhəri, Nizami rayonu, B.Bünyadov küçəsində yerləşən obyektdə (restoran kimi fəaliyyət göstərir) baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Əlavə məlumat veriləcək.

Geri

31 dekabr 2022-ci il saat 03:35-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, B.Bünyadov küçəsində yerləşən obyektdə (restoran kimi fəaliyyət göstərir) yanğın olması barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunub.

Əlavə məlumat veriləcək.

Geri

31 dekabr 2022-ci il saat 01:45-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfər azyaşlı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən giriş qapısının açılması və nəzarətsiz qalmış uşağın xilas olunması təmin edilib.

Geri

31 dekabr 2022-ci il saat 01:15-dək:

Cəlilabad rayonunun Moranlı kəndində ümumi sahəsi 70 m² olan talvarın yanar konstruksiyaları və altına yığılan 22 ton ot bağlaması yanıb. Yaxınlıqdakı tikili yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.