Geri

31 dekabr 2022-ci il saat 04:50-dək, ilkin məlumata əsasən:

Bakı şəhəri, Nizami rayonu, B.Bünyadov küçəsində yerləşən obyektdə (restoran kimi fəaliyyət göstərir) baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Əlavə məlumat veriləcək.

Geri

31 dekabr 2022-ci il saat 03:35-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, B.Bünyadov küçəsində yerləşən obyektdə (restoran kimi fəaliyyət göstərir) yanğın olması barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunub.

Əlavə məlumat veriləcək.

Geri

31 dekabr 2022-ci il saat 01:45-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfər azyaşlı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən giriş qapısının açılması və nəzarətsiz qalmış uşağın xilas olunması təmin edilib.

Geri

31 dekabr 2022-ci il saat 01:15-dək:

Cəlilabad rayonunun Moranlı kəndində ümumi sahəsi 70 m² olan talvarın yanar konstruksiyaları və altına yığılan 22 ton ot bağlaması yanıb. Yaxınlıqdakı tikili yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.