Şəmkir şəhərində "ВАЗ" markalı minik avtomobilinin idarəetmə lövhəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Xaçmaz rayonunun Köhnə Xaçmaz kəndində ümumi sahəsi 100 m² olan birmərtəbəli evin mətbəxində 4 m² sahədə mebel yanıb. Ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;
Ağcabədi rayonunun Təzəkənd kəndində ümumi sahəsi 30 m² olan köməkçi tikilinin yanar konstruksiyaları 20 m² sahədə yanıb. Köməkçi tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bakı şəhəri, Nizami rayonu, Mikayıl Əliyev küçəsində yerləşən ümumi sahəsi 3000 m² olan şadlıq sarayının zalında asma tavan və dam örtüyünün taxta atmaları 50 m² sahədə yanıb. Şadlıq sarayının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;
Saatlı rayonunun Musalı kəndində ümumi sahəsi 80 m² olan birmərtəbəli evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Mingəçevir şəhərində 1 nəfər azyaşlı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən giriş qapısının açılması və nəzarətsiz qalmış uşağın xilas olunması təmin edilib.
Bakı şəhərinin Nəsimi rayonunda beşmərtəbəli yaşayış binasının birinci mərtəbəsində ümumi sahəsi 180 m² olan obyektin (restoran kimi fəaliyyət göstərir) mətbəxində 1 ədəd fri aparatı yanıb. Obyekt yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.