Şəmkir rayonunun Şiştəpə kəndində "Nissan" markalı minik avtomobilinin mühərrik hissəsi qismən yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;
Bakı şəhərinin Yasamal rayonunda ümumi sahəsi 30 m² olan qarajın içərisində 1 ədəd elektrik sayğacı, 2 ədəd elektrik açarı, 12 p.m kabel və “ВАЗ” markalı minik avtomobilinin yanar hissələri yanıb. Qaraj yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nizami rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən vətəndaşa köməklik göstərilib.
Şəmkir rayonunun Dəllər qəsəbəsində ümumi sahəsi 480 m² olan yarımstansiyanın yanar konstruksiyaları 80 m² sahədə, içərisində transformatorun yanar hissələri, 7 ədəd yağ açarı və 25 p.m kabel yanıb. Yarımstansiyanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər azyaşlı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan FHN-nin Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri tərəfindən giriş qapısının açılması və nəzarətsiz qalmış uşağın xilas olunması təmin edilib.
Yevlax şəhərinin Kövər kəndində ümumi sahəsi 156 m² olan birmərtəbəli 3 otaqlı evin 1 otağının və mətbəxinin yanar konstruksiyaları 60 m² sahədə və dam örtüyü yanıb. Evin qalan hissəsi və yaxınlıqdakı tövlə yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;
Tovuz rayonunun Qovlar şəhərində ümumi sahəsi 12 m² olan köməkçi tikilinin lambirdən ibarət tavanı yanıb. Tikilinin qalan hissəsi və bitişik ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Ağdam rayonunun Əfətli kəndində ferma ərazisində ümumi sahəsi 120 m² olan talvarın yanar konstruksiyaları və altına yığılan 40 ton ot bağlaması yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.