Geri

25 noyabr 2022-ci il saat 07:45-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Abşeron rayonunun Xırdalan şəhərində 5 nəfər evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən vətəndaşlara köməklik göstərilib.

Geri

25 noyabr 2022-ci il saat 07:00-dək:

Gədəbəy rayonunun Parakənd kəndində həyətyanı sahəyə yığılan 10 ton ot bağlamasının 3 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Bakı şəhərinin Xətai rayonunda ümumi sahəsi 30 m² olan taxta konstruksiyadan ibarət köməkçi tikili və yaxınlıqda qismən 4 ədəd ağac yanıb. Ağaclar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.