Geri

30 oktyabr 2022-ci il saat 03:45-dək:

Bakı şəhərinin Nərimanov rayonunda yerləşən Bakı Sağlamlıq Mərkəzinin 12 mərtəbəli korpusunun zirzəmisində 54 m² sahəyə yığılmış avadanlıqlar, tibbi ləvazimatlar və 16 p.m kommunikasiya xətləri yanıb. Yanğın zamanı Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən stasionar müalicədə olan 73 nəfər (o cümlədən 15 nəfər yeni doğulmuş) təhlükəsiz əraziyə təxliyə olunub. Yanğından mühafizə bölmələri tərəfindən xəstəxana korpusu yanğından mühafizə olunub, yanğın söndürülüb.

Geri

30 oktyabr 2022-ci il saat 01:10-dək, ilkin məlumata əsasən:

Bakı şəhərinin Nəsimi rayonunda yerləşən Bakı Sağlamlıq Mərkəzində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində qısa müddət ərzində məhdudlaşdırılaraq söndürülüb.

Əlavə məlumat veriləcək.

Geri

30 oktyabr 2022-ci il saat 00:30-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Nəsimi rayonu, Nəsib bəy Yusifbəyli küçəsində yerləşən Bakı Sağlamlıq Mərkəzində yanğın olması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.