Geri

03 oktyabr 2022-ci il saat 19:30-dək:

Zərdab şəhərində ümumi sahəsi 190 m² olan birmərtəbəli 4 otaqlı evin 1 otağının yanar konstruksiyaları 8 m² sahədə və dam örtüyü 170 m² sahədə, bitişik ümumi sahəsi 48 m² olan talvarın yanar konstruksiyaları yanıb. Evin qalan hissəsi və bitişik tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

03 oktyabr 2022-ci il saat 18:00-dək:

Bakı şəhərinin Nərimanov rayonunda beşmərtəbəli yaşayış binasının qarşısında dayanan "Chery" markalı minik avtomobilinin yanar hissələri yanıb. Yüksək temperaturdan binanın 2-ci mərtəbəsində ümumi sahəsi 35 m² olan mənzilin eyvanının lambirdən ibarət üzlüyü əriyib. Yaxınlıqda dayanan avtomobillər və bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Ağcabədi rayonunun Hindarx qəsəbəsində ümumi sahəsi 85 m² olan talvarın yanar konstruksiyaları və yaxınlıqda yığılan 6 ton ot bağlamasının 3 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

03 oktyabr 2022-ci il saat 08:00-dək:

Lənkəran şəhərinin Boladı kəndində ümumi sahəsi 180 m² olan birmərtəbəli 6 otaqlı evin 4 otağının və dam örtüyünün yanar konstruksiyaları 100 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Ağcabədi rayonunun Taynaq kəndində ümumi sahəsi 32 m² olan ərzaq mağazasının yanar konstruksiyaları və içərisindəki mallar, bitişik ümumi sahəsi 32 m² olan talvar yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Qazax rayonunun Canalı kəndində ümumi sahəsi 740 m² olan fermanın dam örtüyünün (qamış, torpaq və dəmir örtükdən ibarət) yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.