Geri

03 oktyabr 2022-ci il saat 08:00-dək:

Lənkəran şəhərinin Boladı kəndində ümumi sahəsi 180 m² olan birmərtəbəli 6 otaqlı evin 4 otağının və dam örtüyünün yanar konstruksiyaları 100 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Ağcabədi rayonunun Taynaq kəndində ümumi sahəsi 32 m² olan ərzaq mağazasının yanar konstruksiyaları və içərisindəki mallar, bitişik ümumi sahəsi 32 m² olan talvar yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Qazax rayonunun Canalı kəndində ümumi sahəsi 740 m² olan fermanın dam örtüyünün (qamış, torpaq və dəmir örtükdən ibarət) yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.